Bakı. 18 dekabr. REPORT.AZ/ Lüksemburqun baş naziri Ksavye Bettel Avropa İttifaqında sədrliyi yaxın altı ay ərzində Niderlandın baş naziri Mark Rütteyə təhvil verib.
"Report" xəbər verir ki, mərasim Brüsseldə Aİ sammiti çərçivəsində baş tutub.
Rəsmi olaraq Niderlandın Aİ-dəki sədrlik dövrü 2016-cı il yanvarın 1-dən başlayır.