Lukaşenko dizindən əməliyyat olunub

Lukaşenko dizindən əməliyyat olunub Reabilitasiya kursu 3-4 gün davam edəcək
Digər ölkələr
23 Noyabr , 2014 15:02
Lukaşenko dizindən əməliyyat olunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko dizindən əməliyyat olunub.

"Report" xəbər verir ki, prezident bir müddət əvvəl xokkey məşqi zamanı dizindən zədə almışdı.

Lukaşenkonın mətbuat xidmətindən bildiriblər ki, prezidentin iş qrafikinin sıxlığından əməliyyatı daha əvvəl keçirmək mümkün olmayıb.

Əməliyyatdan sonra Aleksandr Lukaşenko özünü normal hiss edir və hazırda reabilitasiya kursu keçir.

Bunun üçün ona 3-4 gün gərəkdir, bu müddət ərzində o öz səlahiyyətlərini tam şəkildə icra edəcək.

Son xəbərlər

Orphus sistemi