Los-Ancelesdə içərisində məşhur rəssamların əsərləri olan oğurlanmış avtotreylerin axtarışları aparılır

Los-Ancelesdə içərisində məşhur rəssamların əsərləri olan oğurlanmış avtotreylerin axtarışları aparılır İncəsənət əsərlərinin ümumi dəyəri təxminən 250 min dollar təşkil edib
Digər ölkələr
20 Yanvar , 2016 10:25
Los-Ancelesdə içərisində məşhur rəssamların əsərləri olan oğurlanmış avtotreylerin axtarışları aparılır

Bakı. 20 Yanvar. REPORT.AZ/ Los-Anceles şəhər polisi içərisində Anri Matias, Mark Şaqal, Joan Miro kimi məşhur rəssamların əsərləri və digər incəsənət nümunələri olan oğurlanmış avtotreylerin axtarışlarını aparır.

"Report" "Los-Angeles Times"a istinadən xəbər verir ki, incəsənət əsərlərinin ümumi dəyəri təxminən 250 min dollar təşkil edib.

Yük sahibinin adı və soyadı açıqlanmır. Eyni zamanda hələlik belə qiymətli əşyaların nə üçün anbarlara yaxın bir yerdə avtofurqonda saxlandığı da aydın deyil.

Son xəbərlər

Orphus sistemi