Los-Anceles hava limanında atışma ilə bağlı məlumat doğru çıxmayıb - YENİLƏNİB - VİDEO

Los-Anceles hava limanında atışma ilə bağlı məlumat doğru çıxmayıb - YENİLƏNİB - VİDEO Aeroportda Zorro kostyumunda bir nəfər saxlanılıb
Digər ölkələr
29 Avqust , 2016 10:55
Los-Anceles hava limanında atışma ilə bağlı məlumat doğru çıxmayıb - YENİLƏNİB - VİDEO

Bakı. 29 avqust. REPORT.AZ/ Los-Anceles hava limanında atışma ilə bağlı məlumat həqiqəti əks etdirməyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisindən bildiriblər.

Eyni zamanda, aeroport administrasiyasının məlumatına görə, hava limanında Zorro kostyumunda bir nəfər saxlanılıb.

Saxlanılan şəxsin sərnişinlərin evakuasiyası və hava limanının qismən bağlanmasıyla nəticələnən insidentlə əlaqəsinin olub-olmadığı araşdırılır.

*** 9:49

Los-Anceles beynəlxalq hava limanının polisi aeroport ərazisində atışma barəsində olan məlumatın həqiqətə uyğun olub-olmadığını araşdırır.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

"Polis atışma ilə bağlı məlumatın yayılmasından sonra aeroportda axtarış-araşdırma proseslərini həyata keçirir. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hələlik hava limanında atışma olması haqqında məlumat təsdiqini tapmayıb. Aeroporta giriş və onun mərkəzi terminalı müvəqqəti olaraq bağlanılıb.

Son xəbərlər

Orphus sistemi