Londonun mərkəzindəki hoteldə partlayışda yaralananların sayı 14 nəfərə çatıb

Londonun mərkəzindəki hoteldə partlayışda yaralananların sayı 14 nəfərə çatıb Binanın fasadının bir hissəsi zərbədən uçub
Digər ölkələr
22 Noyabr , 2014 10:44
Londonun mərkəzindəki hoteldə partlayışda yaralananların sayı 14 nəfərə çatıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Böyük Britaniya paytaxtının mərkəzində - "Hyatt Regency London" hotelində məişət qazının partlaması nəticəsində zərərçəkənlərin sayı 14 nəfərə çatıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, 9 nəfərə yerindəcə tibbi yardım göstərilib, qalanlar xəstəxanaya yerləşdirilib. 

İlkin məlumatlara əsasən, partlayış mehmanxana restoranının mətbəxində baş verib. Zərbə dalğasının güclü olması səbəbindən binanın fasadının bir hissəsi uçub. 

Son xəbərlər

Orphus sistemi