Londonun meri Britaniyanın Avropa İttifaqından çıxmasını istəyir

Londonun meri Britaniyanın Avropa İttifaqından çıxmasını istəyir Britaniyanın Aİ ilə əlaqələri "siyasi layihə" deyil, "ticarət və əməkdaşlığa" söykənməlidir
Digər ölkələr
22 Fevral , 2016 02:21
Londonun meri Britaniyanın Avropa İttifaqından çıxmasını istəyir

Bakı. 22 fevral. REPORT.AZ/ Londonun meri Boris Conson Baş nazir Devid Kameronun siyasətindən uzaqlaşaraq, Britaniyanın Avropa İttifaqını tərk etməsi kampaniyasına qoşulduğunu bəyan edib.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Britaniyanın ən populyar siyasətçilərindən biri hesab olunan B.Conson deyib ki, Kameronla fikir ayrılığı ona "ürək ağrısı versə də", o, Avropa İttifaqının "düzgün demokratik nəzarətdən çıxmaq təhlükəsi qarşısında olduğuna" inanır.

Paytaxt meri Aİ-ni kəskin tənqid edərək, Britaniyanın qurumla əlaqələrinin "siyasi layihə" deyil, "ticarət və əməkdaşlığa" söykənməli olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi