Londonda "İslam Dövləti" qruplaşması ilə mübarizə yolları müzakirə ediləcək

Londonda "İslam Dövləti" qruplaşması ilə mübarizə yolları müzakirə ediləcək Zirvə görüşünə bəzi Ərəb dövlətlərinin XIN rəhbərləri də qatılacaq
Digər ölkələr
18 Yanvar , 2015 06:41
Londonda İslam Dövləti qruplaşması ilə mübarizə yolları müzakirə ediləcək

BAKI. 18 yanvar. REPORT.AZ/ Böyük Britaniya və ABŞ-ın təşkilatçılığı ilə gələn həftə Londonda 20 ölkənin xarici işləri biraraya gələrək Suriya ve Iraqın bir hissəsini nəzarəti altında saxlayan "İslam Dövləti" qruplaşması ilə mübarizə yollarını müzakirə edəcəklər.

"Report" BBC-yə istinadən xəbər verir ki, yanvarın 22-də keçirilməsi nəzərdə tutulan zirvə görüşünə bəzi Ərəb dövlətlərinin nümayəndələri də qatılacaq.

Radikal islamçıların maliyyə mənbələrinin kəsilməsi, əcnəbilərin bu qruplaşmaya qatılmasının qarşısının alınması və bilavasitə "İslam Dövləti"nə qarşı hərbi əməliyyatların keçirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparəlacaq. 

Son xəbərlər

Orphus sistemi