London Liviyada hərbi əməliyyatların planlaşdırılmasına dair məlumatları şərh etmir

London Liviyada hərbi əməliyyatların planlaşdırılmasına dair məlumatları şərh etmir ABŞ ilə müttəfiqlərinin Suriya və İraqdan sonra Liviyada İŞİD-ə qarşı hərbi əməliyyatlar planlaşdırdığı bildirilir
Digər ölkələr
26 Yanvar , 2016 22:22
London Liviyada hərbi əməliyyatların planlaşdırılmasına dair məlumatları şərh etmir

Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın İŞİD terrorçularına qarşı Liviyada "üçüncü cəbhə" açacağına dair məlumatlara rəsmi London münasibət bildirməyib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmiləri jurnalistlərə bildiriblər ki, bu kimi mövzularda şərh vermirlər: "Bəlkə Vaşinqtonda mövzuya dair şərh əldə edərsiniz. Ancaq biz münasibət bildirmirik".

Qeyd edək ki, "New York Times" qəzeti ABŞ ilə müttəfiqlərinin Suriya və İraqdan sonra Liviyada da İŞİD-ə qarşı hərbi əməliyyatlar planlaşdırdığına dair xəbər dərc edib. Xəbərə əsasən, Liviyada hərbi əməliyyatlar yaxın bir neçə həftə ərzində başlaya bilər.

Son xəbərlər

Orphus sistemi