​Liviyada yaraqlılar neft yatağını ələ keçirib

​Liviyada yaraqlılar neft yatağını ələ keçirib Sirt şəhəri "Ənsar əl-Şəria" adlı islamçı yaraqlıların nəzarətindədir
Digər ölkələr
4 Fevral , 2015 13:21
​Liviyada yaraqlılar neft yatağını ələ keçirib

Bakı. 4 fevral. REPORT.AZ/ Yaraqlılar Liviyanın mərkəzindəki əl-Mabruk neft yatağını ələ keçiriblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Liviya Milli Neft Şirkətinin təmsilçisi Məhəmməd əl-Həriri deyib.

Onun sözlərinə görə, gecə saatlarında "naməlum silahlılar əl-Mabruk neft yatağını ələ keçirib".

Ölkənin Sirt şəhərindən 170 km cənubda yerləşən bu yataq Milli Neft Şirkətinə məxsusdur. Bu şəhərin "Ənsar əl-Şəria" adlandırılan islamçı yaraqlılarının nəzarətində olduğu bildirilir.

Ötən ilin dekabrından həmin yataqda işlər dayandırılıb.

Son xəbərlər

Orphus sistemi