​Liviyada Tunisin 172 vətəndaşı saxlanılıb

​Liviyada Tunisin 172 vətəndaşı saxlanılıb Tuhami Abduli:"Saxlanılanların sayı sayı arta da bilər"
Digər ölkələr
18 May , 2015 16:59
​Liviyada Tunisin 172 vətəndaşı saxlanılıb

Bakı. 18 may. REPORT.AZ/ Liviyanın paytaxtı Tripoliyə nəzarət edən islamyönlü olduğu iddia edilən silahlı qüvvələr Tunisin 172 vətəndaşını saxlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Tunis Xarici İşlər Nazirliyinin təmsilçisi Tuhami Abduli bildirib.

Onun sözlərinə görə, bir müddət öncə Liviyada islam adı altında fəaliyyət göstərən qruplaşmanın bir neçə lideri Tunisdə saxlanılıb: "Onlar vətəndaşlarımızı buna cavab olaraq saxlayıblar. Biz bu problemi siyasi səviyyədə həll etməyə cəhd göstəririk".

O deyib ki, tunislilərin saxlanılmasında islam adı altında fəaliyyət göstərən"Liviyanın şəfəqi" adlı təşkilat da iştirak edib.

"Saxlanılan Tunis vətəndaşlarının sayı 172-dir. Ancaq onların sayı arta da bilər", - o, vurğulayıb.

Son xəbərlər

Orphus sistemi