​Liviya sahillərində qaçqınların olduğu gəmi qəzaya uğrayıb, azı 10 nəfər ölüb

​Liviya sahillərində qaçqınların olduğu gəmi qəzaya uğrayıb, azı 10 nəfər ölüb Bu il Aralıq dənizində təqribən 2,5 min nəfər boğularaq həyatını itirib
Digər ölkələr
30 İyun , 2016 16:37
​Liviya sahillərində qaçqınların olduğu gəmi qəzaya uğrayıb, azı 10 nəfər ölüb

Bakı. 30 iyun. REPORT.AZ/ Liviya sahillərində miqrantların olduğu gəminin qəzaya uğraması nəticəsində azı 10 nəfər həyatını itirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, gəmi İtaliyaya yan alırmış. İtaliya sahil mühafizə xidmətinin məlumatına görə, ölənlərin çoxu qadındır.

Xəbərdə bildirilib ki, qəzaya uğramış gəmidən yüzdən çox qaçqın xilas edilib.

BMT-nin hesabatına əsasən, 2016-cı ilin əvvəlindən Afrika və Yaxın Şərq ölkələrindən İtaliyaya Aralıq dənizi vasitəsi ilə 64 min qaçqın sığınıb.

Xəbərdə qeyd olunub ki, bu il Aralıq dənizində təxminən 2,5 min nəfər, ötən il 1,8 min nəfər, 2014-cü ildə isə 57 nəfər boğularaq ölüb.

Son xəbərlər

Orphus sistemi