​Liviya sahillərində 41 miqrantın meyiti aşkarlanıb

​Liviya sahillərində 41 miqrantın meyiti aşkarlanıb Onlar Avropaya dəniz yolu ilə getmək istəyərkən dənizdə batıblar
Digər ölkələr
24 İyul , 2016 23:11
​Liviya sahillərində 41 miqrantın meyiti aşkarlanıb

Bakı. 24 iyul. REPORT.AZ/ Könüllülər dəstəsi Liviya sahillərində, Sabrat şəhəri yaxınlığında 41 miqrantın meyitini aşkarlayıb. "Report"un məlumatına görə, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, onlar Avropaya dəniz yolu ilə getmək istəyiblər. Sabrat şəhər şurasının mətbuat katibi bildirib ki, miqrantlar 5-6 gün bundan əvvəl dənizdə boğulublar.

"Həmin şəxslərin meyitləri nümumələr götürülməsi üçün məhkəmə-tibb ekspertizasına verilib. Biz hesab edirik ki, onlar dənizdə batıblar" – deyə mətbuat katibi bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın 1-dən iyulun 6-dək Avropaya dəniz yolu ilə 230885 nəfər gəlib. O cümlədən Yunanıstana 158527 nəfər miqrant və qaçqın, İtaliyaya isə 70978 nəfər üz tutub. 

2920 miqrant, açqın ölüb və ya itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi