Liviya ordusu Sirt şəhəri limanından İŞİD yaraqlılarını çıxarıb

Liviya ordusu Sirt şəhəri limanından İŞİD yaraqlılarını çıxarıb Limana hücumdan əvvəl havadan və dənizdən atəşə tutulub
Digər ölkələr
11 İyun , 2016 10:47
Liviya ordusu Sirt şəhəri limanından İŞİD yaraqlılarını çıxarıb

Bakı. 11 iyun. REPORT.AZ/ Liviya hökumət ordusu "İslam Dövləti" qruplaşmasının yaraqlıları tərəfindən zəbt olunan Sirt şəhəri limanının azad olunmasını elan edib. 

"Report" BBC-yə istinadən xəbər verir ki, limana hücumdan əvvəl havadan və dənizdən atəşə tutulub.

Liviya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Məhəmməd Əl-Qusrinin sözlərinə görə, liman rayonunda məğlubiyyətdən sonra İŞİD komandirləri şəhərdən səhraya qaçıb, lakin Sirt şəhərinin mərkəzində hələ də orduya müqavimət göstərən onlarla yaraqlı qalıb. Müəmmər Qəddafi dövründə tikilən Uaquduqu qurultaylar sarayı hələ də onların nəzarətindədir. 

Sirt - devrilən Liviya prezidenti Müəmmər Qəddafinin doğma şəhəridir. Bu şəhər İŞİD-in İraq və Suriyadan kənarda yerləşən ən mühüm məntəqəsi hesab olunur. 

Son xəbərlər

Orphus sistemi