Livandan qeyri-qanuni miqrantları daşıyan üç gəmi saxlanılıb

Livandan qeyri-qanuni miqrantları daşıyan üç gəmi saxlanılıb Kipr Sahil Mühafizəsi adadan 80 km aralıda suriyalı qaçqınların üstünlük təşkil etdiyi və qeyri-qanuni miqrantların olduğu üç qayığı saxlayıb.
Digər ölkələr
17 Aprel , 2024 03:17
Livandan qeyri-qanuni miqrantları daşıyan üç gəmi saxlanılıb

Kipr Sahil Mühafizəsi adadan 80 km aralıda suriyalı qaçqınların üstünlük təşkil etdiyi və qeyri-qanuni miqrantların olduğu üç qayığı saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.

Livanın Minya limanından qaçaqmalçıların köməyi ilə Kiprə üz tutan 300 nəfər arasında qadın və uşaqlar da var.

Kipr hökuməti məcburi köçkünlər qrupuna adaya daxil olmaqdan qəti şəkildə imtina edib. Portal qeyd edib ki, böyük ehtimalla qanunsuz miqrantlar Livan və ya Suriyaya qaytarılacaq.

Son xəbərlər

Orphus sistemi