​Livanda nümayiş zamanı 35 nəfər xəsarət alıb

​Livanda nümayiş zamanı 35 nəfər xəsarət alıb Minlərlə sakin küçələrdə zibil probleminin həllini tələb edib
Digər ölkələr
23 Avqust , 2015 10:36
​Livanda nümayiş zamanı 35 nəfər xəsarət alıb

Bakı. 23 Avqust. REPORT.AZ/ Ötən gün Livanın paytaxtı Beyrutda minlərlə yerli sakin küçələrdə zibil probleminin həll edilməsi və fəaliyyətsiz hökumətin qovulması tələbi ilə meydana çıxıb.

"Report" xəbər verir ki, kütləvi etirazlara ölkə hakimiyyətinin bir neçə ay ərzində paytaxt tullantılarının utilizasiyası barədə ərazi mübahisəsini həll edə bilməməsi səbəb olub.

Nümayiş zamanı polis və etirazçılar arasında toqquşma baş verib. Hər iki tərəfdən ümumilikdə 35 nəfər xəsarət alıb. Polis etirazçılara qarşı qaz və su şırnağı tətbiq edib, həbslərə başlayıb. Lakin sonradan Daxili İşlər Nazirliyi nümayişçilərin buraxılması əmrini verib.

Son xəbərlər

Orphus sistemi