Livanda "İslam Dövləti" qruplaşması liderinin həyat yoldaşı və oğlu saxlanılıb

Livanda "İslam Dövləti" qruplaşması liderinin həyat yoldaşı və oğlu saxlanılıb Əməliyyat xarici xüsusi xidmətlərlə birgə saxlanılan şəxslərin sərhədi keçmək istədikləri zaman keçirilib
Digər ölkələr
2 Dekabr , 2014 12:31
Livanda İslam Dövləti qruplaşması liderinin həyat yoldaşı və oğlu saxlanılıb
Bakı. 2 dekabr. REPORT.AZ/ "İslam Dövləti" ekstremist qruplaşması lideri Əbu Bəkr əl-Bağdadinin arvadlarından biri və oğlu  Livan-Suriya sərhədini keçmək istədikləri zaman saxlanılıblar. Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Livan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndələri qeyd ediblər ki, saxlanılan şəxslər Beyrutda Livan Müdafiə Nazirliyinə gətiriliblər. 

Livanın "Əs-Safir" qəzetinin məlumatına əsasən, əməliyyat xarici xüsusi xidmətlərlə birgə saxlanılan şəxslərin sərhədi saxta pasportla keçmək istədikləri zaman keçirilib.

Son xəbərlər

Orphus sistemi