Bakı. 3 mart. REPORT.AZ/ Livan parlamenti 36-cı dəfə ölkə prezidentini seçə bilməyib.
"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, prezidenti seçmək üçün parlamentin iclas zalında yetərsay olmayıb.
Səsverməni "Hizbullah" və onun müttəfiqləri pozub. Onlar parlamentin bu iclasını boykot edib. Ona görə də parlamentin sədri Nəbi Berri prezidentin seçilməsi üçün yeni tarixi açılayıb. Livana dövlət başçısının seçilməsi üçün martın 27-də yenidən cəhd ediləcək.
Qeyd edək ki, 2014-cü ilin mayında ölkə prezidenti Mişel Süleymanın səlahiyyət müddəti başa çatıb. Həmin tarixdən indiyədək ölkəyə prezident seçilməyib.