Livan ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb

Livan ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb Hərbçilər silahı terrorçuların Livanın şimal-şərqindəki bir neçə mövqeyinə nəzarəti ələ aldıqdan sonra aşkarlayıblar
Digər ölkələr
18 Avqust , 2017 23:08
Livan ordusu Cəbhət ən-Nüsrə terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb
Courtesy İmage

Bakı. 18 avqust. REPORT.AZ/ Livan hərbçiləri "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının gizli silah anbarında ABŞ istehsalı olan tank əleyhinə "TOW" raketlərini tapıblar.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, hərbçilər silahı terrorçuların Livanın şimal-şərqindəki bir neçə mövqeyinə nəzarəti ələ aldıqdan sonra aşkarlayıblar.

"Hizbullah" döyüşçüləri iyulun 21-də Suriya ilə sərhəddəki dağlıq Ersal rayonunun "Cəbhət ən-Nüsrə" terror qruplaşmasından azad edilməsi əməliyyatına başlayıblar. Livanın şiə hərəkatı 6 günlük hərbi əməliyyatlar ərzində, Suriya ordusunun öz ərazisindən dəstək verməsi ilə ölkə ərazisini tamamilə "Cəbhət ən-Nüsrə"dən azad ediblər. 

Son xəbərlər

Orphus sistemi