Litvanın Azərbaycandakı qalmaqallı keçmiş səfiri Latviyaya səfir göndərilib

Litvanın Azərbaycandakı qalmaqallı keçmiş səfiri Latviyaya səfir göndərilib Səfir artıq etimadnaməsini prezident Raymonds Veyonisə təqdim edib
Digər ölkələr
18 Avqust , 2016 14:18
Litvanın Azərbaycandakı qalmaqallı keçmiş səfiri Latviyaya səfir göndərilib

Bakı. 18 avqust. REPORT.AZ/ Litvanın Azərbaycandakı keçmiş səfiri Arturas Jurauskas Latviyaya səfir təyin olunub.

"Report" "Delfi" portalına istinadən xəbər verir ki, səfir etimadnaməsini artıq Latviya prezidenti Raymonds Veyonisə təqdim edib.

Xatırladaq ki, A.Jurauskas buna qədər Çin, Yunanıstan və Azərbaycanda səfir olub. O, Azərbaycandakı diplomatik xidməti zamanı qalmaqala səbəb olmuşdu. Belə ki, səfirin Türkmənistan haqda lüzumsuz sözlər söylədiyini əks etdirən telefon danışığı internetdə yayılmışdı. Bundan sonra A.Jurauskas səfir vəzifəsindən geri çağırılmışdı.

Son xəbərlər

Orphus sistemi