​Litvada avtomatla qaçan ruhi xəstə saxlanılıb

​Litvada avtomatla qaçan ruhi xəstə saxlanılıb Onun yaxalanmasına təqribən 3 min polis əməkdaşı cəlb olunub
Digər ölkələr
20 Noyabr , 2015 03:50
​Litvada avtomatla qaçan ruhi xəstə saxlanılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Litva polisi konvoydan qaçmış və onun avtomatını oğurlamış qanun pozucusunu yaxalaya bilib.

"Report" TASS-a istinadən xəbər verir ki, saxlanma faktını baş polis komissarı Linas Pernavas da təsdiq edib.

"Cinayətkar saxlanılıb, silah tapılıb", - deyə Linas Pernavas bildirib.

Məlumata görə, 24 yaşlı cani inzibati qanun pozuntusuna görə saxlanılıb və o, xəstəliyindən şikayətlənərək xəstəxanaya aparılan zaman qaçıb. Bir məlumata görə, o ruhi xəstə, digərinə görə narkomandır.

Bir neçə saat ərzində onun axtarışı ilə təqribən 3 min polis əməkdaşı məşğul olub. Saxlanılma zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi