Litva BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb

Litva BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb BMT yanında Litvanın daimi nümayəndəsi Raymonda Murmokayte fəaliyyət proqramını təqdim edəcək
Digər ölkələr
2 May , 2015 10:41
Litva BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb

Bakı. 2 may. REPORT.AZ/ Mayın 1-dən Litva BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb. Bu barədə "Report" xəbər verir.

Şuraya üzv dövlətlər növbə ilə hər ay ingilis dilinin əlifba sırası ilə bu vəzifəni icra edirlər. 

Gələn həftə Şuranın sədri, BMT yanında Litvanın daimi nümayəndəsi Raymonda Murmokayte əvvəlcədən bütün üzvlərlə razılaşdırılan fəaliyyət proqramını jurnalistlərə təqdim edəcək.

Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Çin, Fransa, Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Amerika Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir. 10 müvəqqəti üzv BMT Baş Assambleyası tərəfindən 2 il müddətinə seçilir. Hər il onlardan 5-i əvəz olunur. 

Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Bu BMT-nin yeganə orqanıdır ki, onun qərarları təşkilatın bütün üzvləri üçün məcburi xarakter daşıyır.

Litva Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür. Onun səlahiyyətlərinin müddəti 2015-ci ilin sonunda başa çatır. Hazırda Litvadan başqa Anqola, Venesuela, İordaniya, İspaniya, Malayziya, Nigeriya, Yeni Zelandiya, Çad və Çili təşkilatın müvəqqəti üzvləri sırasındadır. 

Son xəbərlər

Orphus sistemi