Liberiyada Ebola virusuna yoluxma halları azalır

Liberiyada Ebola virusuna yoluxma halları azalır Bu barədə ABŞ Prezidenti Barak Obama Liberiya Prezidenti Elen Conson-Serliflə görüşü zamanı bildirib
Digər ölkələr
1 Mart , 2015 04:09
Liberiyada Ebola virusuna yoluxma halları azalır

Bakı. 1 Mart. REPORT.AZ/ Yerli hökumətin və digər dövlətlərin nümayəndələrinin səyləri nəticəsində Liberiyada Ebola virusuna yoluxma halları 20 dəfəyə qədər azalıb. Bu barədə ABŞ Prezidenti Barak Obama Liberiya Prezidenti Elen Conson-Serliflə görüşü zamanı bildirib.

"Report" xəbər verir ki, Liberiya Prezidentinin səfəri ölkədən virusla mübarizə məqsədi ilə göndərilmiş Amerika qoşunlarının çıxarılması fonunda baş tutub.

Ölümcül virusa yoluxma hallarının pik göstəricilərə nisbətən 95 faiz azaldığını deyən ABŞ Prezidenti hazırda həftədə yalnız bir neçə belə faktın qeydə alındığını vurğulayıb. Onun sözlərinə görə, Qvineya və Serra-Leonedə vəziyyət Liberiyadakı kimi qənaətbəxş deyil.

Liberiya prezidenti də öz növbəsində beynəlxalq ictimaiyyətə epidemiya ilə mübarizədə Qərbi Afrika ölkələrinə yardım çağırışı edərək “müstəsna” köməyinə görə Barak Obamaya təşəkkür edib.

Qeyd edək ki, Liberiyada fəaliyyət göstərən ABŞ hərbçiləri müvəqqəti hospitallar tikərək yerli personala təlim keçiblər.

Son xəbərlər

Orphus sistemi