​Lavrov: “Tərəflər təsdiqlədi ki, Suriya və Əsədin taleyini yalnız öz xalqı müəyyən etməlidir”

​Lavrov: “Tərəflər təsdiqlədi ki, Suriya və Əsədin taleyini yalnız öz xalqı müəyyən etməlidir” “Biz təsdiq etdik ki, Suriyanın gələcəyini yalnız Suriya xalqı müəyyən edəcək”
Digər ölkələr
14 Noyabr , 2015 22:16
​Lavrov: “Tərəflər təsdiqlədi ki, Suriya və Əsədin taleyini yalnız öz xalqı müəyyən etməlidir”

Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vyanada Suriya münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların tərəfləri təsdiq ediblər ki, Suriyanın gələcəyini yalnız öz xalqı müəyyən etməlidir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Vyanada danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

“Biz təsdiq etdik ki, Suriyanın gələcəyini yalnız Suriya xalqı müəyyən edəcək. Bu, sözsüz ki, prezident Əsədin və bu ölkədəki istənilən digər siyasətçinin də taleyinə aiddir”, — deyə o bildirib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Vyanada keçirilən danışıqların yekunu üzrə bildirib ki, iştirakçı dövlətlər ölkənin müxalifət qrupları ilə dərhal danışıqlara başlamaq, həmçinin 18 ay ərzində Suriyada seçkilərin keçirilməsini təşkil etmək qərarına gəliblər.

Son xəbərlər

Orphus sistemi