Lavrov Kerri ilə Suriyada vəziyyəti bir daha müzakirə edib - YENİLƏNİB

Lavrov Kerri ilə Suriyada vəziyyəti bir daha müzakirə edib - YENİLƏNİB Malumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova yayıb
Digər ölkələr
13 Fevral , 2016 21:01
Lavrov Kerri ilə Suriyada vəziyyəti bir daha müzakirə edib - YENİLƏNİB

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə Münxendə keçirdiyi görüş zamanı "iki ölkə hərbçilərinin Suriya ərazisindəki fəaliyyətinin əlaqələndirilməsi" mövzusunu müzakirə edib.

“Report” RİA "Novosti" agentlirinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Zaxarova bildirib ki, görüşün keçirilməsi təşəbbüsü ilə ABŞ tərəfi çıxış edib.

Fevralın 11-də Münhendə keçirilən Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclasının yekunları da diqqət mərkəzində saxlanılıb.

***19.25

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət katibi Con Kerri ilə ikinci dəfə bir araya gəlib.

“Report” RİA "Novosti" agentlirinə istinadən xəbər verir ki, hazırda davam edən görüşlə bağlı malumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Facebook" vasitəsi ilə yayıb.

Qeyd edək ki, Kerri ilə Lavrov iki gün əvvəl Münhendə Suriya ilə bağlı danışıqlar aparmışdı.

Son xəbərlər

Orphus sistemi