​Lavrov Moskvada Suriya Milli Koalisiyasını qəbul edəcək

​Lavrov Moskvada Suriya Milli Koalisiyasını qəbul edəcək Nümayəndə heyətinə koalisiya prezidenti Xalid əl-Xoca rəhbərlik edəcək
Digər ölkələr
13 Avqust , 2015 04:34
​Lavrov Moskvada Suriya Milli Koalisiyasını qəbul edəcək

Bakı. 13 Avqust. REPORT.AZ/ Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyasının (MİQMK) nümayəndə heyəti avqustun 13-də Moskvaya səfər edəcək və burada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi "Sputnik" agentliyinə MİQMİ-nin Siyasi Bürosunun üzvü Bədr Camus məlumat verib.

Camusun məlumatına görə, nümayəndə heyətinə milli koalisiyanın prezidenti Xalid əl-Xoca rəhbərlik edəcək.

"Biz Rusiya tərəfini bu gün məlumatlandırmışıq ki, (Sergey Lavrov ilə— red.) görüş avqustun 13-də baş tutacaq. Nümayəndə heyətinə milli koalisiyanın prezidenti başçılıq edəcək. Görüşün tarixi Lavrov və əl-Xocanın iş qrafikinə müvafiq olaraq uyğunlaşdırılıb", — deyə Camus bildirib.

Son xəbərlər

Orphus sistemi