​Lavrov: Minskdə Ukrayna üzrə sənəd bu gün imzalanacaq

​Lavrov: Minskdə Ukrayna üzrə sənəd bu gün imzalanacaq "Normandiya dördlüyü"nün danışıqları səhərə qədər davam edə bilər
Digər ölkələr
12 Fevral , 2015 02:21
​Lavrov: Minskdə Ukrayna üzrə sənəd bu gün imzalanacaq

Bakı. 12 fevral. REPORT.AZ/ "Normandiya dördlüyü" ölkələrinin liderləri Ukraynadakı vəziyyətin nizamlanması üzrə sənədi cümə axşamı, fevralın 12-də imzalayacaq.

"Report" xəbər verir ki, bunu Rusiyanın dövlət KİV-lərinə açıqlamasında xarici işlər naziri Sergey Lavrov bildirib.

"Artıq sabah, bu gün yox", - deyə Lavrov çərşənbə günü bildirib.

Bundan əvvəl isə Lavrov Minskdəki danışıqların gedişatını "yaxşı" kimi xarakterizə edib.

Qeyd edək ki, Rusiya XİN rəhbərinin müavini "dördlüy"ün danışıqlarının səhərə qədər davam edə biləcəyini bildirib.

Belarusun xarici işlər naziri Vladimir Makeyin sözlərinə görə, tərəflər Minsk görüşündə Ukraynanın ərazi bütövlüyünə dair bəyannamə imzalaya bilərlər.

Son xəbərlər

Orphus sistemi