Lavrov Kerri ilə Suriyada vəziyyəti müzakirə edib

Lavrov Kerri ilə Suriyada vəziyyəti müzakirə edib Suriya münaqişəsi ilə bağlı müzakirələrin ekspertlər səviyyəsində davam etdirilməsilə bağlı razılığa əldə olunub
Digər ölkələr
11 Fevral , 2016 21:35
Lavrov Kerri ilə Suriyada vəziyyəti müzakirə edib

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə Münxendə keçirdiyi görüş zamanı Suriyada atəşkəsin əldə olunması ilə bağlı fikir mübadiləsi aparıb. “Report” RİA "Novosti" agentlirinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O, bildirib ki, tərəflər humanitar yardımların Suriyaya çatdırılması mövzusunu da diqqət mərkəzində saxlayıblar.

Zaxarova qeyd edib ki, Kerri və Lavrov münaqişə ilə bağlı müzakirələrin ekspertlər səviyyəsində davam etdirilməsilə bağlı razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi