​Latviya ABŞ-dan 120 ədəd tank və zirehli maşın alıb

​Latviya ABŞ-dan 120 ədəd tank və zirehli maşın alıb Texnikalar arasında "Abrams" tankları və "Bradley" zirehli maşınları var
Digər ölkələr
9 Mart , 2015 22:22
​Latviya ABŞ-dan 120 ədəd tank və zirehli maşın alıb

Bakı. 9 mart. REPORT.AZ/ Birləşmiş Ştatlar Riqaya tank da daxil olmaqla 120-dən çox zirehli maşın göndərib.

"Report" xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, ABŞ-dan alınan hərbi texnikalar arasında "M1A2 Abrams" tankları və "M2A3 Bradley" zirehli maşınları, həmçinin texniki təminat avadanlıqları var.

"Müttəfiqlərin Latviyada olması (ABŞ və NATO) həmrəylik və regionun təhlükəsizliyinin təsdiqi deməkdir", - deyə Latviyanın müdafiə naziri Raymond Veyonis Twitter hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi