"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, yaraqlılar şəhərdən 6 km uzaqlaşıblar. Onların şəhərin şimal rayonlarındakı mövqelərin qoruması cəhdləri baş tutmayıb.
Kürdlər əks-hücuma keçiblər və ekstremistlərin şəhəri atəşə tutduqları Tell-əş-Şaer, Beşta-ən-Nur və El-İzaa strateji yüksəkliklərinə nəzarəti ələ keçiriblər.
Təxminən 40 gün davam edən mühasirə zamanı 800-ə yaxın insan həlak olub.