KXDR kəşfiyyatının generalı Cənubi Koreyaya qaçıb

KXDR kəşfiyyatının generalı Cənubi Koreyaya qaçıb Adı gizli saxlanılan zabit Cənubi Koreya ilə bağlı tapşırığı həyata keçirərkən ölkəni tərk edib
Digər ölkələr
11 Aprel , 2016 04:47
KXDR kəşfiyyatının generalı Cənubi Koreyaya qaçıb

Bakı. 11 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) kəşfiyyat orqanının yüksək vəzifəli nümayəndəsi Cənubi Koreyaya qaçıb. 

"Report"un məlumatına görə, bu barədə "Ryonxap" agentliyi məlumat yayıb.

"Adı gizli saxlanılan polkovnik Cənubi Koreya ilə bağlı tapşırığı həyata keçirərkən ölkəni tərk edib" - deyə agentliyə məlumat verən şəxs bildirib.

Onun sözlərinə görə, KXDR-in kəşfiyyat orqanında polkovnik rütbəsi bu ölkənin silahlı qüvvələrində general-leytenant rütbəsilə uyğundur.

Ona görə də bu Şimali Koreya generalının cənuba ilk qaçışıdır. Seul mediası KXDR-in daha 13 vətəndaşının - Çindəki Koreya restoranının əməkdaşlarının Cənubi Koreyaya qaçması haqda informasiya yayıb.  

Son xəbərlər

Orphus sistemi