KXDR-in Böyük Britaniyadakı səfirinin müavini Cənubi Koreyaya qaçıb

KXDR-in Böyük Britaniyadakı səfirinin müavini Cənubi Koreyaya qaçıb Diplomat bu ölkədən sığınacaq istəmək niyyətindədir
Digər ölkələr
17 Avqust , 2016 16:56
KXDR-in Böyük Britaniyadakı səfirinin müavini Cənubi Koreyaya qaçıb

Bakı. 17 avqust. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) Londondakı səfirinin müavini Tae Yon Ho Koreya Respublikasına qaçıb.

"Report" KİV-lərə istinadən xəbər verir ki, diplomat bu ölkədən sığınacaq istəmək niyyətindədir.

Tae Yon Ho Qərbin Pxenyanda insan hüquqlarının pozulması ilə əlaqədar ölkəsini ittiham etməsinə görə KXDR hökuməti tərəfindən böyük təzyiqlərə məruz qaldığını bildirib.

Son xəbərlər

Orphus sistemi