​KXDR hakerləri Cənubi Koreyanın 42 min sənədini ələ keçirib

​KXDR hakerləri Cənubi Koreyanın 42 min sənədini ələ keçirib F-15 qırıcılarının çertyojları oğurlanıb
Digər ölkələr
13 İyun , 2016 08:51
​KXDR hakerləri Cənubi Koreyanın 42 min sənədini ələ keçirib

Bakı. 13 iyun. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) bu ilin fevralında Cənubi Koreyanın dövlət müəssisələrinə haker hücumu təşkil edib və 42 mindən çox mühüm sənədi ələ keçirib. 

"Report"un məlumatına görə, bu barədə "Renhap" agentliyi Koreya Respublikasının Milli polisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, güclü kiber hücumlar nəticəsində F-15 qırıcılarının çertyojları da oğurlanıb.

Rəsmi Seul və Vaşinqton son illər ərzində dəfələrlə məqsədyönlü kiber hücumlarına görə Pxenyanı ittiham ediblər. Lakin qarşı tərəf ittihamları rədd edir. 

Son xəbərlər

Orphus sistemi