Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 04:52-də qeydə alınıb. Zəlzələnin episentri Cənub-Saxalinsk şəhərindən 794 kilometr şərqdə yerləşib.
Rusiyalı mütəxəssislər, zəlzələnin "dağıdıcı təkanlar" kateqoriyasına daxil olduğunu qeyd ediblər.
Zəlzələ ilə əlaqədar Saxalin vilayətində sunami xəbərdarlığı elan edilməyib.