Kürd döyüşçülər Kobani şəhərinin 80 faizinə nəzarət edir

Kürd döyüşçülər Kobani şəhərinin 80 faizinə nəzarət edir Suriyalı kürdlər Kobanidə bir sıra məhəlləni, o cümlədən polis qərargahını ələ keçiriblər
Digər ölkələr
6 Yanvar , 2015 22:21
Kürd döyüşçülər Kobani şəhərinin 80 faizinə nəzarət edir

Bakı. 6 yanvar. REPORT.AZ/ Suriyanın şimalındakı Kobani şəhərində İslam Dövləti (İD) qruplaşmasına qarşı mübarizə aparan kürd döyüşçülər şəhərin 80 faizinə nəzarət edirlər.

"Report" BBC-yə istinadla xəbər verir ki, İraqın Peşmərgə döyüşçürlərinin köməyi ilə İD-yə müqavimət göstərən Suriyalı kürdlər Kobanidə bir sıra məhəlləni, o cümlədən polis qərargahını ələ keçiriblər.

Suriya İnsan Haqları Rəsədxanasının məlumatına əsasən, Kobani rəsmisi İdris Nassan da bu xəbəri təsdiqləyib və əlavə edib ki, İD döyüşçüləri ancaq şəhərin şərqindəki Maqtala və Kani Kordan rayonlarına nəzarət etməyə davam edirlər.

Son xəbərlər

Orphus sistemi