Kristin Laqard: Şengen zonası risk qarşısındadır

Kristin Laqard: Şengen zonası risk qarşısındadır "Avropada mühacirlərin sayının artması Şengen razılaşmasının "ya saxlamaq, ya da pozmaq" kimi bir həddə çatdırıb"
Digər ölkələr
24 Yanvar , 2016 09:13
Kristin Laqard: Şengen zonası risk qarşısındadır

Bakı. 24 yanvar. REPORT.AZ/Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Avropada qaçqın böhranının Şengen zonasını risk qarşısında qoyduğuna inandığını bildirib.

"Report" "Amerikanın səsinə" istinadən xəbər verir ki, Laqardın sözlərinə görə, Avropada mühacirlərin sayının artması Şengen razılaşmasının "ya saxlamaq, ya da pozmaq" kimi bir həddə çatdırıb.

Davosda Dünya İqtisadi Forumunda qaçqın böhranının Şengen zonasını risk qarşısında qoyduğu haqda sualın cavabında Kristin Laqard belə düşündüyü deyib.

Şengen zonası pasport və mühacirət nəzarətini qarşılıqlı şəkildə aradan qaldırmaq haqda razılığa gəlmiş Avropanın 26 ölkəsini əhatə edir. Bunula Şengen zonasına daxil olan ölkələrin vətəndaşları heç bir məhdudiyyət olmadan beynəlxalq səfərlərə çıxa bilər.

Son xəbərlər

Orphus sistemi