Krım yarımadasına elektrik enerjisinin verilişi dayandırıb

Krım yarımadasına elektrik enerjisinin verilişi dayandırıb Krım sakinləri isə azı 2 gün generatorlardan istifadə etməli olacaq
Digər ölkələr
22 Noyabr , 2015 05:04
Krım yarımadasına elektrik enerjisinin verilişi dayandırıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Ukrayna tərəfi Rusiyanın nəzarətində olan Krım yarımadasına elektrik enerjisinin verilişi dayandırıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Krımın Energetika Nazirinin Müavini Yevgeniy Dyomin bildirib.

Ötən gün Krım yarımadasını elektrik enerjisi ilə təmin edən ötürücü xətt Xerson vilayətinin ərazisində partladılıb. Ötürücü xəttlərin dirəklərinin sıradan çıxması səbəbi ilə enerjisi verilişində əvvəlcə fasilələr yaranıb, daha sonra isə enerji təçhizatı tamamilə dayanıb. Beləliklə, 1.9 milyon insan işıqsız qalıb.

"Ukrenerji" şirkətinin nümayəndələri təmir işlərinin azı iki sutka davam edəcəyini bildiriblər.

Krım sakinləri isə bu müddət ərzində generatorlardan istifadə etməli olacaq.

Son xəbərlər

Orphus sistemi