​Krım tatarları BMT baş katibinə müraciət edib

​Krım tatarları BMT baş katibinə müraciət edib Komitə: "Krım ilhaq edildikdən sonra yerli əhali, tatarlar terror və fiziki güc tətbiqinə məruz qalır"
Digər ölkələr
19 Yanvar , 2015 18:53
​Krım tatarları BMT baş katibinə müraciət edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Krım Tatarlarının Haqlarını Müdafiə Komitəsi adanın yerli əhalisinin, tatarların hüquqlarının pozlulması ilə bağlı BMT baş katibi Pan Gi Muna müraciət edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, baş katibə çağırışda Krım tatarlarının məhv edilməsinin qarşısının alınmasına diqqət yetirilməsi istənilib.

"Krım ilhaq edildikdən sonra yerli əhali, tatarlar terror və fiziki güc tətbiqinə məruz qalır", - müraciətdə vurğulanıb.

Komitə Ukraynanın Daxili İşlər Nazirliyinə müraciət edərək, Rusiya-Ukrayna münasibətləri çərçivəsində Kirm tatarlarına üçüncü tərəf kimi beynəlxalq status verilməsini, milli özünüidarəetmə orqanları, Qurultay və məclisə müstəqil şəkildə beynəlxaq məhkəmələrə müraciət etmək hüququnun verilməsini istəyib.

"Krımdakı istənilən hakimiyyət yalnız Krım tatarlarının dəqiq ifadə olunan iradəsi və razılığı əsasında mövcud ola bilər", - müraciətdə vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi