​Kosovo parlamenti Haşim Taçini ölkə prezidenti seçib

​Kosovo parlamenti Haşim Taçini ölkə prezidenti seçib O, üçüncü dövrədə lazım olan 71 səsi toplaya bilib
Digər ölkələr
26 Fevral , 2016 23:48
​Kosovo parlamenti Haşim Taçini ölkə prezidenti seçib

Bakı. 26 fevral. REPORT.AZ/ Qismən tanınmış Kosovo respublikasının parlamenti ölkənin hazırkı xarici işlər naziri Haşim Taçini prezident seçib.

"Report" xəbər verir ki, bu barədə cümə günü "Kossev" informasiya portalı məlumat yayıb.

Haşim Taçi birinci dövrədə 80 səs lazım olduğu halda, 50 parlamentarinin səsini toplaya bilib. İkinci dövrədə səs sayı 64-ə çatıb. Üçüncü dövrədə isə o lazım olan 71 səsi toplamağa müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi