Şimali və Cənubi Koreya arasında danışıqlar bərpa edilib

Şimali və Cənubi Koreya arasında danışıqlar bərpa edilib Müzakirələrin nə qədər davam edəcəyi bəlli deyil
Digər ölkələr
23 Avqust , 2015 19:16
Şimali və Cənubi Koreya arasında danışıqlar bərpa edilib

Bakı. 23 avqust. REPORT.AZ/ Şimali və Cənubi Koreya rəsmiləri yarımadada mümkün müharibənin qarşısını almaq məqsədilə bu gün günorta saatlarında danışıqları bərpa ediblər.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, ötən gün başlayan danışıqların ilkin mərhələsi 10 saat sonraya təxirə salınmışdı.

Rəsmilər müzakirələr barədə ictimaiyyətə məlumat vermədiyi üçün danışıqlarda hər hansı irəliləyişin olub-olmadığı və müzakirələrin nə qədər davam edəcəyi bəlli deyil.

Son xəbərlər

Orphus sistemi