Konqoda tayfa rəhbərinin tərəfdarları aeroporta hücum edib: - 47 ölü

Konqoda tayfa rəhbərinin tərəfdarları aeroporta hücum edib: - 47 ölü Hücum zamanı təhlükəsizlik qüvvələrinin 7 üzvü həlak olub
Digər ölkələr
24 Sentyabr , 2016 02:28
Konqoda tayfa rəhbərinin tərəfdarları aeroporta hücum edib: - 47 ölü

Bakı. 24 sentyabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasının mərkəzi hissəsində yerləşən Kananqa şəhərinin aeroportuna tayfa rəhbərinin tərəfdarlarının hücumu zamanı ən azı 40 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse (AFP)" agentliyi məlumat yayıb.

"Bizdə təhlükəsizlik qüvvələrinin 7 üzvünün, hücum edən şəxslərin isə 40 nəfərinin həlak olması haqda məlumat almışıq", - deyə yerli administrasiyanın nümayəndəsi agentliyə bildirib.

Agentliyin xəbərində qeyd edilir ki, Kananqada qarşıdurmalar hələ cümə axşamı, tayfa rəhbərinin tərəfdarlarının yerli aeroport ərazisində təhlükəsizliq qüvvələrinə hücüm etməsindən sonra başlayıb. Hökumət nümayəndəsi agentliyə bildirib ki, hazırda toqquşmalar dayanıb.

Son xəbərlər

Orphus sistemi