​Komissiya İsrailin keçmiş prezidentini həbsdən azad etməyib

​Komissiya İsrailin keçmiş prezidentini həbsdən azad etməyib Onun vəkili Tsion Amir bildirib ki, müvəkkili apellyasiyaya müraciət etmək niyyətindədir
Digər ölkələr
6 Aprel , 2016 13:44
​Komissiya İsrailin keçmiş prezidentini həbsdən azad etməyib

Bakı. 6 aprel. REPORT.AZ/ Maasiyahu həbsxanasının Mühafizə Xidməti yanında xüsusi komissiyası İsrailin keçmiş prezidenti Moşe Katsavanı şərti-vaxtından qabaq sərbəst buraxmaqdan imtina edib.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, komissiya bunu keçmiş prezidentin günahını etiraf etməməsi və törətdiyi əməldən peşmanlıq hissi keçirməməsi ilə əsaslandırıb.

"Katsava özünü qurban sayaraq, çox aqressiv davranır və baş verən hadisə ona baha başa gəldiyini bildirir", - deyə komissiya vurğulayıb.

Keçmiş prezidentin vəkili Tsion Amir bildirib ki, müvəkkili apellyasiyaya müraciət etmək niyyətindədir.

Xatırladaq ki, 2011-ci ildə Moşe Katsav zorlamada ittiham edilərək, 7 il müddətinə azadlıqdan məhrum olunub. Moşe Katsav cəzasını Təl- Əviv yaxınlığındakı Maasiyahu həbsxanasında çəkir.

İsrailin keçmiş prezidentinə qarşı zorlama ittihamları 2010-cu ilin dekabrında irəli sürülüb. Katsav 1990-cı illərdə nazir olan vaxt qadın müdirini zorlamaqda və 2000-2007-ci illərdə prezident olarkən daha iki qadına qarşı seksual xarakterli cinayət törətməkdə ittiham olunub. Moşe Katsava 7 illik həbs cəzası 2011-ci ilin martında verilib.

Qeyd edək ki, Moşe Katsav 2007-ci ildə prezident səlahiyyətlərinin başa çatmasına iki həftə qalmış istefa vermişdi. Katsav ona həbsdən yaxa qurtarmaq imkanı verən "müttəhim sövdələşməsi" qarşılığında istefa versə də, sonradan bu sövdələşməni rədd edərək, günahsız olduğunu sübut edəcəyinə söz vermişdi. Moşe Katsav İsraildə həbs cəzası verilən ilk sabiq prezidentdir.

Son xəbərlər

Orphus sistemi