Kolumbiyada narkobaronu tutmağa gedən hərbçilərin vertolyotu qəzaya uğrayıb: 15 ölü

Kolumbiyada narkobaronu tutmağa gedən hərbçilərin vertolyotu qəzaya uğrayıb: 15 ölü ABŞ Usaqayın başına 5 milyon dollar mükafat qoyub
Digər ölkələr
5 Avqust , 2015 13:51
Kolumbiyada narkobaronu tutmağa gedən hərbçilərin vertolyotu qəzaya uğrayıb: 15 ölü

Bakı. 5 avqust. REPORT.AZ/ Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı ölüb.

Qəzada daha iki nəfər ağır yaralanıb.

"Black Hawk" tipli vertolyotun ölkənin şimalındakı meşəyə hansı səbəbdən düşdüyü hələlik məlum deyil. 

Qeyd edək ki, vertolyotda məşhur narkotik qaçaqmalçısı Dairo Otoniel Usaqayı tapmaq üçün təyin olunan təhlükəsizlik xidmətinin əməkdaşları olub.

Kolumbiya fevral ayından ABŞ-ın dəstəyi ilə Usaqayı tutmağa çalışır. ABŞ onun başına 5 milyon dollar mükafat qoyub.

Son xəbərlər

Orphus sistemi