​Kolumbiyada hərbi vertolyot partladılıb, 4 nəfər ölüb

​Kolumbiyada hərbi vertolyot partladılıb, 4 nəfər ölüb Hadisə zamanı helikopterdə 15 nəfər olub
Digər ölkələr
23 İyun , 2015 06:58
​Kolumbiyada hərbi vertolyot partladılıb, 4 nəfər ölüb

Bakı. 23 İyun. REPORT.AZ/ Kolumbiyanın şimalında "Black Hawk" tipli vertolyot partladılıb, 4 nəfər həlak olub.

"Report" xəbər verir ki, hakimiyyət vertolyotun partladılmasında solçu-radikal FARC qruplaşmasını ittiham edir.

Hadisə baş verən zaman vertolyot yerdə olub. Hərbçilər hesab edirlər ki, üsyançılar helikopteri xüsusi partlayıcı maddə vasitəsi ilə partladıblar.

Onun göyərtəsində ümumilikdə 15 nəfər olub.

Son xəbərlər

Orphus sistemi