​Kolumbiyada eynicinsli nikahların qeydiyyatına icazə verilib

​Kolumbiyada eynicinsli nikahların qeydiyyatına icazə verilib Bunadək onlar yalnız vətəndaş nikahında qeydiyyatdan keçə bilərdilər
Digər ölkələr
8 Aprel , 2016 02:45
​Kolumbiyada eynicinsli nikahların qeydiyyatına icazə verilib

Bakı. 8 aprel. REPORT.AZ/ Kolumbiyanın Konstitusiya Məhkəməsi ölkədə eynicinsli nikahların qeydiyyata alınmasına icazə verib.

"Report" xəbər verir ki, bu barədə "El Tiempo" nəşri yazıb.

Qeyd olunur ki, qərar səsvermə yolu ilə qəbul olunub: 6 səs "lehinə" və 3 səs "əleyhinə".

Bunadək ölkədə eynicinsli nikahlar yalnız vətəndaş nikahında qeydiyyata alına bilərdi.

Son xəbərlər

Orphus sistemi