Kolumbiya qırıcıları göyərtəsində 1 tonn kokain olan təyyarəni saxlayıb

Kolumbiya qırıcıları göyərtəsində 1 tonn kokain olan təyyarəni saxlayıb Qaçaqmalçı pilot aradan çıxmaq istəıyib, lakin mühərriklərdən biri sıradan çıxıb və o, dənizə düşüb
Digər ölkələr
21 May , 2015 10:40
Kolumbiya qırıcıları göyərtəsində 1 tonn kokain olan təyyarəni saxlayıb

Bakı. 21 may. REPORT.AZ/ Göyərtəsində 1 tonn kokain olan yüngül mühərrikli "Hawker" təyyarəsi Kolumbiya hərbi-hava qüvvələrinin qırıcı təyyarəsi tərəfindən saxlandıqdan sonra  Karib dənizinə düşüb. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Qaçaqmalçı pilot aradan çıxmaq istəıyib, lakin mühərriklərdən biri sıradan çıxıb və o, dənizə düşüb.

Kolumbiya hərbçiləri iddia edirlər ki, kokain Venesualadan Mərkəzi Amerika ölkələrinin birinə yollanırdı. 

Hər il Kolumbiyadan ABŞ və Avropaya təxminən 300 tonn kokain göndərilir. Narkotiklərin satışından əldə olunan gəlir Kolumbiya narkomafiyası və yarım əsrə yaxın ölkə hökuməti ilə silahlı mübarizə aparan "FARK" qruplaşması üzvləri olan qiyamçı marksistlərin maliyyələşdirilməsinə gedir. 

Son xəbərlər

Orphus sistemi