Kolumbiya paytaxtında iki partlayış: beş yaralı

Kolumbiya paytaxtında iki partlayış: beş yaralı Rəsmilər hesab edir ki, hadisə "Kolumbiyanın ilqilabçı hərbi qüvvələri" adlı qanunsuz qruplaşma ilə birbaşa əlaqəlidir
Digər ölkələr
3 İyul , 2015 05:29
Kolumbiya paytaxtında iki partlayış: beş yaralı

Bakı. 2 iyul. REPORT.AZ/ Kolumbiyanın paytaxtı Boqota şəhərində törədilən iki partlayış nəticəsində azı beş nəfər yaralanıb.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, partlayıcı qurğular paytaxtın şimal hissəsindəki maliyyə mərkəzində işə salınıb.

Hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməsə də, rəsmilər hesab edir ki, partlayışlar "Kolumbiyanın ilqilabçı hərbi qüvvələri" adlı qanunsuz qruplaşma ilə birbaşa əlaqəlidir.

Son xəbərlər

Orphus sistemi