​Kolumbiya Milli Azadlıq Ordusunun silahlıları neft kəmərini partladıb

​Kolumbiya Milli Azadlıq Ordusunun silahlıları neft kəmərini partladıb Boru kəmərinin zərər vurulmuş hissəsi üzrə neft məhsullarının çatdırılmasını dayandırılıb
Digər ölkələr
30 Aprel , 2016 05:11
​Kolumbiya Milli Azadlıq Ordusunun silahlıları neft kəmərini partladıb

Bakı. 30 aprel. REPORT.AZ/Kolumbiyanın Milli Azadlıq Ordusunun (ELN) döyüşçüləri ölkənin sayca ikinci ən iri neft kəmərini partladıblar. "Report" "RİO Novosti"yə istinadən xəbər verir ki, dövlət neft şirkətinin neft kəməri Kolumbiyanın şimal-şərq regionundakı Arauka departamentində sıradan çıxarılıb.

Nəticədə neft məhsulları Boxaba çayına axıb. Şirkətin yaydığı məlumatda isə bildirilir ki, xüsusi xidmət qurumunun əməkdaşları partlayışın fəsadlarını aradan qaldırmağa çalışır.

Şirkətin adı çəkilməyən əməkdaşının sözlərinə görə, "Ecopetrol" boru kəmərinin zərər vurulmuş hissəsi üzrə neft məhsullarının çatdırılmasını dayandırıb. 

Son xəbərlər

Orphus sistemi