​Koloradoda ildırım vurması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb

​Koloradoda ildırım vurması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb İki nəfərin vəziyyəti kritik kimi qiymətləndirilirdi
Digər ölkələr
18 İyul , 2015 15:00
​Koloradoda ildırım vurması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ-ın Colorado ştatının Buena Vista kəndinin qərbindəki məşhur Denny Creek turist məntəqəsi yaxınlığında dörd nəfər turisti ildırın vurub. Hadisə nəticəsində bir nəfər ölüb. Bu barədə "Repoprt" RİA Novosti-yə istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, hadisə cümə günü günorta saatlarında baş verib. Turistləri ildırım vuran zaman onlar 3.8 min metr yüksəklikdə olublar. Dairənin şerif köməkçisi Çaffi Derek Bos bildirib ki, hadisə şahidləri dərhal təcili yardım çağırıblar.

Bos vurğulayıb ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan iki nəfərin vəziyyəti kritik hesab olunurdu.

Həmin gün 31 yaşlı yaralı qadının axşam saatlarında xəstəxanada həyatını itirdiyi məlum olub.

Məlumata görə, digər iki turist yüngül xəsarət alıb və hündürlükdən aşağı özləri eniblər.

Son xəbərlər

Orphus sistemi