Köln şəhərində mühacirlərə dəstək və etiraz nümayişi keçirilib

Köln şəhərində mühacirlərə dəstək və etiraz nümayişi keçirilib Avropada mühacirlərə qarşı etirazlar kəskin xarakter alır
Digər ölkələr
26 Oktyabr , 2015 02:01
Köln şəhərində mühacirlərə dəstək və etiraz nümayişi keçirilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Avropa ölkələrində mühacirlərə qarşı etiraz dalğası gündən-günə daha kəskin xarakter almağa başlayıb.

"Report"un "Alman Dalğası"na istinadən verdiyi xəbərə görə, ötən gün Köln şəhərində ultrasağ təşkilatlarının tərəfdarları mühacirlər əleyhinə etiraz aksiyası keçiriblər. Minə yaxın şəxs yerli icra orqanlarının suriyalı qaçqınlar üçün müvəqqəti mərkəzin tikilməsi təklifinə qarşı çıxıblar.

Qeyd edək ki, paralel olaraq şəhərdə mühacirlərə dəstək nümayişi də təşkil olunub.

Təhlükəsizliyi təmin etmək üçün əraziyə yüzlərlə polis cəlb olunub. Buna baxmayaraq, tərəflər arasında toqquşmalar baş verib. Polis qarşıdurmaya müdaxilə etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi