Bakı. 27 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin şimal-qərbində yerləşən kəndi bombalaması nəticəsində ən azı 25 dinc sakin həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə sentyabrın 27-də "Al Joumhouria" qəzetinin elektron versiyası məlumat yayıb.
Nəşrin yazdığına görə, koalisiya vertolyotları Bəni-Zela kəndini atəşə tutub.